İrəvanda yenidən etirazlar: Həbslər başladı

İrəvanda yenidən etirazlar: Həbslər başladı

Hazırda oxunan: İrəvanda yenidən etirazlar: Həbslər başladı

74525

İrəvan polisi “Müqavimət” müxalifət hərəkatının mitinqinin iştirakçılarını saxlamağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb. 

Qeyd olunur ki, səhər saat 08:00-da etirazçılar itaətsizlik aksiyalarına başlayıb və avtomobil yürüşü keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzində yürüşü dayandıraraq sürücüləri avtomobillərdən çıxarmağa başlayıblar.

Xatırladaq ki, mayın 2-də İrəvanda Ermənistanın müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. 

Etiraz hərəkatının iştirakçıları Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO