Erməni general soydaşlarını Azərbaycanla üçüncü müharibəyə çağırdı

Erməni general soydaşlarını Azərbaycanla üçüncü müharibəyə çağırdı

Hazırda oxunan: Erməni general soydaşlarını Azərbaycanla üçüncü müharibəyə çağırdı

74455

Azərbaycan 44 günlük müharibədə böyük itkilər verib, buna görə də Ermənistanla sülh müqaviləsi bağlamağa tələsir.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu sərsəm açıqlamanı Ermənistan Silahlı Qüvvələrinin Hazırlıq Baş İdarəsinin sabiq rəisi, general-mayor Valerik Köçəryan verib.

Onun sözlərinə görə, Ermənistan ordusu müharibədə uduzmayıb, yalnız ona verilən tapşırıqları yerinə yetirib.

“Sadəcə olaraq, qüvvələr qeyri-bərabər idi. Azərbaycan Türkiyədən ruhlandı və  heç vaxt Ermənistan və “Artsax”a (Qarabağdakı qondarma rejim) qarşı tək döyüşə çıxmazdı”, deyə o, qeyd edib.

Erməni general “Azərbaycan sülh sənədi imzalamağa niyə tələsir?” sualını belə cavablandırıb:

“Çünki bu barədə danışmasalar da, ağır itkilər veriblər. Azərbaycan ordumuzu yenidən qurmamışdan öncə sülh sazişi əldə etməyə tələsir, ancaq yaxşı bilirlər ki, ermənilər birləşəndə onlarla vuruşa bilməyəcəklər. Bu gün biz ölkəmizi və xalqımızı qorumaq ideyası ətrafında birləşmişik...”.

Təqaüddə olan generalın çılğın tost ruhunda demaqogiyası açıq şəkildə şoka salır. 2020-ci ilin noyabr ayında Azərbaycan ermənilərə qarşı necə vuruşduğunu inandırıcı şəkildə nümayiş etdirdi.

Əgər Köçəryan revanşist etiraz dalğasında xal qazanmağa çalışan demaqoq yox, əsl general olsaydı, soydaşlarını Ermənistan ordusunun məğlubiyyətinin səbəblərini təhlil etməyə və müvafiq nəticələr çıxarmağa çağırardı.

Lakin Ermənistanda vəziyyət son həddə qədər gərgindir, heç kimin təhlil etməyə vaxtı yoxdur, çünki döyüş meydanında qisas almaq həvəsində olan erməni siyasətçi və generallarının əsas məqsədi Azərbaycanla gələcək müharibə üçün əsgərlərini “canlı mişen” kimi hazırlamaqdır.

Beləliklə, kütləvi etiraz nümayişləri İrəvanla Bakı arasında danışıqları pozmağa yönəlib.

Valerik Köçəryan bir məsələdə haqlıdır: Azərbaycan həqiqətən də iki Qafqaz dövləti arasında tam hüquqlu sülhün əldə olunmasına yol açan sənədləri imzalamağa tələsir. Amma heç də itki verdiyinə görə yox, diqqəti dinc quruculuğa cəmləmək və gələcək iqtisadi inkişafı təmin etmək üçün. Həm də təkcə özünün deyil, qonşu Ermənistanın iqtisadiyyatı üçün (haqqın.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO