Qəddarlığı ilə məşhur olan erməni həbsxana müdiri intihar etdi - FOTO

Qəddarlığı ilə məşhur olan erməni həbsxana müdiri intihar etdi - FOTO

Hazırda oxunan: Qəddarlığı ilə məşhur olan erməni həbsxana müdiri intihar etdi - FOTO

7395

Rusiyanın Perm vilayətindəki koloniyanın keçmiş başçısı özünü öldürüb.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, yanvarın 3-də  məşhur “Belıy Lebed” koloniyasının keçmiş rəhbəri, Aşot Sarkisyan meyiti tapılıb. Yerli Telegram kanallarına verdiyi xəbərə görə, Sarkisyan intihar edib.

 

MÖVZU İLƏ BAĞLI:

Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"



O, əlində silah ölmüş şəkildə şəxsi avtomobilində aşkarlanıb. Hazırda faktla bağlı araşdırmaya başlanılıb.

Perm vilayəti DİN Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Aşot Sarkisyanın yanvarın 3-də saat 15: 15-də qəza törədib. Qəza nəticəsində digər avtomobildə olan qadın sərnişin yüngül yaralanıb. Hadisədən bir-neçə saat sonra “Belıy Lebed”in başçısı intihar edib.

Qeyd edək ki, Aşot Sarkisyan 1970-ci illdən cəzaçəkmə sistemində çalışıb.

2002-ci ildə “Belıy Lebed” koloniyasının başçısı təyin olunub. Qəddarlığı ilə xüsusi ad çıxarıb. Onun rəhbərliyi zamanında koloniya, islah sistemindəki ən sərt rejimli həbsxana kimi tanınıb.

1990-cı illərin sonlarından bu koloniyada ömürlük həbs cəzasına məhkum olunmuş dustaqlar yatır.

2019-cu ildə Aşot Sarkisyanın oğlu, əvvəllər Rusiya Federasiyası İstintaq Komitəsinin Perm vilayəti üzrə şöbəsinin müdir müavini vəzifəsini tutan Edqar Sarkisyan, rüşvətdə vasitəçilik cəhdinə görə yeddi il həbs cəzasına məhkum edilib.

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO