Türk ordusu İraqda 76 terrorçunu məhv etdi

Türk ordusu İraqda 76 terrorçunu məhv etdi

Hazırda oxunan: Türk ordusu İraqda 76 terrorçunu məhv etdi

73918

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha 3 PKK terrorçusunu zərərsizləşdirib və bununla da öldürülən silahlıların ümumi sayı 76-ya çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

İraqın 3 bölgəsində aprelin 18-dən bu yana davam edən Pençe Kilit antiterror əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə artilleriya zərbələri endirilib.

Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb:

“Durmaq yox, yorulmaq yox, mücadiliyə davam!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO