Mqer Qriqoryan Azərbaycanla sərhəd komissiyasına rəhbərlik edəcək – İrəvan bu barədə niyə susur?

Mqer Qriqoryan Azərbaycanla sərhəd komissiyasına rəhbərlik edəcək – İrəvan bu barədə niyə susur?

Hazırda oxunan: Mqer Qriqoryan Azərbaycanla sərhəd komissiyasına rəhbərlik edəcək – İrəvan bu barədə niyə susur?

73658

Ermənistan tərəfdən sərhəd komissiyasının rəhbəri postuna ən çox ehtimal olunan namizəd Baş nazirin müavini Mqer Qriqoryandır. Rəsmi olaraq bu məlumat hələlik təsdiqini tapmayıb, lakin hakimiyyət ətrafındakı çevrələrdə şayiələr aktiv şəkildə yayılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Ermənistan” nəşrində yer alıb.

Mənbə yazır ki, agentliyin Azərbaycanla delimitasiya və anklavlar sorğusuna Baş nazirin müavininin kabineti hələ cavab verməyib.

“Biz öyrənmək istərdik ki, komissiya yaradılanda ona kim rəhbərlik edəcək? Delimitasiya Sovet İttifaqının Azərbaycanla sərhədinin bütün xətti boyunca aparılacaqmı? Anklavlar məsələsi bizi xüsusi maraqlandırır”, deyə nəşr qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bu gün jurnalistlərə verdiyi açıqlamasında “Bakı artıq öz namizədini İrəvanla razılaşdırıb” fikirlərini səsləndirib.

Onun müavini Xələf Xələfov isə deyib ki, anklavların qaytarılması məsələsinə Ermənistanla delimitasiyanın tərkib hissəsi kimi baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO