Ermənistanın 70 vətəndaşı baş nazir Nikol Paşinyana açıq məktubla müraciət edərək Azərbaycanla sülh gündəliyindən bir addım belə kənara çıxmamaq və ərazi iddialarını unutmaq xahişi ilə müraciət ediblər. Müraciətin mahiyyəti bir şeyə köklənir: biz vuruşmuşuq, indi isə sülh istəyirik.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.
Məktubun məzmununu təqdim edirik:
“Ermənistan Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 May “Qələbə və Sülh Bayramı” kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir.
Biz torpaq iddiaları tələbinə qarşıyıq və sülhə alternativin olmadığını israr edirik. Və bu, “uduzanın boynunda ilgək” deyil, Ermənistan xalqının 2021-ci ilin növbədənkənar seçkilərində təsdiqlənmiş dinc səma altında azad yaşamaq iradəsidir.
Təəssüf hissi ilə qeyd edirik ki, 2018-ci ilin qeyri-zorakı, qansız xalq inqilabının liderləri hakimiyyətə gələrək müharibənin “ənənəvi” partiyalarının sıralarına qoşularaq keçmişin qurduğu tələyə düşdülər.
Eyni zamanda, biz ölkəni təcrid edən millətlərarası düşmənçilik ideyasından hazırkı hakimiyyətin uzaqlaşdığını, qonşularla münasibətləri tənzimləmək üçün blokadadan çıxmağa çalışdığını və bunun üçün göstərdiyi səyləri görməyə bilmərik. Xüsusən də mövcud son dərəcə çətin geosiyasi vəziyyət fonunda, dövlətin suverenliyinin zəif olduğu bir məqamda. Bilirik ki, hazırda Ermənistan ciddi təhlükəsizlik təhdidləri ilə üz-üzə qalıb.
Hesab edirik ki, Ermənistanda müharibə istəyən tərəflər nə etdiklərini bilmirlər.
Qarabağ məsələsi ilə bağlı spekulyasiyalarda bəraət axtaran çevrilişlərin amansız dairəsi artıq sona çatıb. Bu o deməkdir ki, onlar son vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirməyə çalışırlar. Aydın məsələdir ki, özünü “millətin xilaskarı” adlandıranların heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə döyüşmək fikrində deyil.
Deməli, bu gün “erməni qisasının” yeganə hədəfi “daxildəki türk”dür: vətəni üçün ölümü yox, öz ölkəsində azad, ləyaqətlə və xoşbəxt yaşamaq fürsətini seçmiş bizim kimi sadə Ermənistan vətəndaşı. Bizimlə eyni fikirdə olan, “türk” və “millət xaini” damğasına nifrət edən minlərlə vətəndaşın səssizliyini pozuruq, Ermənistan Respublikasının qanuni hakimiyyətlərindən vədlərinə əməl etmələrini və qərarlı olmasını tələb edirik. Qarabağ münaqişəsi sülh müqaviləsi ilə həll olunmalıdır.
Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı qorxularını bölüşərək, “amma”sız sülh tələb edirik. Sülhün qələbəsini qeyd edəcəyik!”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:02 / 10.05.2022
Ermənistan vətəndaşlarından Paşinyana məktub: “İddialara son qoymaq lazımdır, müharibə istəmirik”
Hazırda oxunan: Ermənistan vətəndaşlarından Paşinyana məktub: “İddialara son qoymaq lazımdır, müharibə istəmirik”
Hazırda oxunan: Ermənistan vətəndaşlarından Paşinyana məktub: “İddialara son qoymaq lazımdır, müharibə istəmirik”
73599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.