Zaxarovadan Varşavada Rusiya səfirinə edilən hücuma MÜNASİBƏT – “Bizi qorxutmaq olmaz” 

Zaxarovadan Varşavada Rusiya səfirinə edilən hücuma MÜNASİBƏT – “Bizi qorxutmaq olmaz” 

Hazırda oxunan: Zaxarovadan Varşavada Rusiya səfirinə edilən hücuma MÜNASİBƏT – “Bizi qorxutmaq olmaz” 

73443

“Neonasizmin pərəstişkarları bir daha üzünü göstərdilər, o qanlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında Varşavada Rusiya səfirinə edilən hücuma münasibət bildirərkən yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Polşadakı səfiri etirazçıların hücumuna məruz qaldı – VİDEO  


“İkinci Dünya müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların təhqir olunması, indi isə hər bir ləyaqətli insan üçün müqəddəs bir gündə gülqoyma mərasiminin pozulması Qərbin faşizmin reinkarnasiyası kursunu tutduğunun artıq göz qabağında olduğunu sübut edir. Amma dediyim kimi, bizi qorxutmaq olmaz. Bu, Avropa sakinləri üçün güzgüdəki öz əksindən qorxulu olmalıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb. 

Xatırladaq ki, bu gün Varşavada sovet əsgərlərinin qəbiristanlığında əklil qoyulması zamanı Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə və onu müşayiət edən rus diplomatlara üzərinə qırmızı boya töküblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO