Erməni icma rəhbəri: “Tiqranaşen Azərbaycana verilməməlidir”

Erməni icma rəhbəri: “Tiqranaşen Azərbaycana verilməməlidir”

Hazırda oxunan: Erməni icma rəhbəri: “Tiqranaşen Azərbaycana verilməməlidir”

7344

Azərbaycanlılar Tiqranaşenin (Kərki kəndinin) onlara verilməsi haqqında heç bir tələb irəli sürməyiblər.

Bizim.Media xəbər verir ki, bunu Ararat vilayətinin Paruyr Sevak icmasının rəhbəri Eduard Stepanyan “Ermənistan xəbərləri” nəşrinin müxbiri ilə söhbətində deyib.
 


MÖVZU İLƏ BAĞLI:

Sədərək rayonunun Kərki kəndi Azərbaycana qaytarılır
 


Onun sözlərinə görə, guya Bakı Tiqranaşeni təslim etmək tələbini irəli sürüb.

"Azərbaycanlılar İrəvanı da tələb edirlər, verəcəyik? Onlar Göyçə gölünün (Sevan), Sünikin də onlara məxsus olduğunu deyir. Belə çıxır ki, o ərazilər bizim deyil. Bu normaldır? Bəs niyə biz Artsvaşenimizi, Qetaşenimizi, Şaumyanı tələb etmirik? Onlar bizim yola hüquqları olduğunu deyirlər. Tiqranaşen də onların ərazisidir? Tiqranaşen onların ola bilməz, burada vaxtilə Azərbaycandan gələn ermənilər yaşayırlar".

"Hər şeyi tələb edirlər. Görürsünüz, hər şey onlara məxsusdur, bizim isə heç nəyimiz yoxdur, çünki içərimizdə bir-birimizi “yeyirik”, əslində yanaşı durmalıyıq. Bunun səbəbi bu küçüklərin (Ermənistan iqtidarını nəzərdə tutur) heç bir şey söyləməyə cəsarətlərinin olmamasıdır. Bu söhbətlər türklərdən daha çox, daxildə hər şeyi dağıdan insanlardan gəlir. Belə şey yoxdur və olmamalıdır", - deyə Stepanyan bildirib.

O, əlavə edib ki, Tiqranaşendə 42 ev var və burada vəziyyət sabitdir. “Allah eləməsin, əgər hər şey dəyişərsə, biz hamımız bu torpaq parçasını qoruyacağıq”, - deyə cəmiyyətin rəhbəri Paruyr Sevak yekunlaşdırıb.

Qeyd edək ki, ermənilərin Tiqranaşen adlandırdıqları kəndin əsil adı Kərkidir və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahididir. Kənd 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO