KTMT qoşunları mitinqlərə görə İrəvana yeridilə bilər – Paşinyan RAZILIQ ALIB

KTMT qoşunları mitinqlərə görə İrəvana yeridilə bilər – Paşinyan RAZILIQ ALIB

Hazırda oxunan: KTMT qoşunları mitinqlərə görə İrəvana yeridilə bilər – Paşinyan RAZILIQ ALIB

72883

“Ermənistanda keçirilən mitinqlər bu ölkəyə KTMT qüvvələrinin yeridilməsilə nəticələnə bilər”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanda müxalifətin 5-cü gündür davam edən etiraz aksiyasının verəcəyi nəticələr barədə danışarkən deyib. 

Həmsöhbətimizin sözlərinə görə, daxili qüvvələr hesabına müxalifət heç nəyə nail ola bilməyəcək: 

“Ermənistan müxalifəti təşkil edilən aksiyalar barədə yüksək fikirdədir və az qala Paşinyanı devirməyin bir addımlığında olduğunu bəyan edirlər. Amma reallıqda bu belə deyil. Mitinqlərdə iştirak edənlərin sayı 3,5-4 mindən çox deyil. Bu da o deməkdir ki, müxalifət artıq insanları Paşinyana qarşı yönətməkdə aciz vəziyyətə düşüb. Ermənistan xalqının “Qarabağ klanı”na etimadı yoxdur. Ona görə də indiki halda, müxaliflərin aksiyasının uğur qazanacağı ağlabatan deyil”. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq


Ə. İbrahimov düşünür ki, yalnız xaricdən ciddi dəstək olduğu təqdirdə, erməni müxalifəti müəyyən hərəkətlərə keçə bilər: 

“Erməni müxalifəti çalışır ki, dövlət qurumları ilə qarşıdurma yaransın və qan tökülsün. Bu halda Ermənistana Paşinyana, ya da aksiya keçirən müxalifətə yardım adı ilə kənardan əlavə qüvvələr, KTMT qüvvələrinin yeridilməsi istisna deyil. Zənnimcə Paşinyan buna razılıq da alıb. 

Erməni müxalifəti aksiyaya çoxsaylı insanları cəlb edə bilsə, sözügedən yardım onlara göstərilə bilər. Ona görə də ermini müxalifəti belə canfəşanlıq göstərir. Hər şeyi xalqın iştirak səviyyəsi həll edəcək. Müxalifətə daxildə güclü dəstək olsa, Rusiyadan onlara dəstək gələcək. Həmin aksiyalar daxildə geniş rezonans doğurmadığı halda isə, xarici dəstək gəlməyəcək və bir neçə gündən sonra mitinqlər səngiyəcək.  

Bütün hallarda bu aksiyalar “Qarabağ klanı” Köçəryan-Sarkisyan tandemi üçün axırıncı döyüşdür, ona görə də bundan maksimum istifadə etməyə çalışırlar”. 
Politoloq onu da qeyd edir ki, müxalifətin aksiyası Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamaq istiqamətində atmaq istədiyi addımları dayandırmayacaq, amma müəyyən müddətə ləngidəcək: 

“Paşinyan müqavilənin imzalanması istiqamətində atılan addımları müxalifətin dayandırmaq imkanına malik olmadığını bilir. Amma bu istiqamətdə müəyyən ləngimələr ola bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO