Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Hazırda oxunan: Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

72833

Türkiyənin paytaxtı Ankara şəhərində Əhməd Cavadın yubileyi keçiriləcək. 

Milli Məclisin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Əziz Ələkbərov da iştirak edəcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək. 

Həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində böyük şairin heykəlinin açılış mərasimi də olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO