Mümkün nüvə müharibəsində Rusiya Prezidentini üçün hazırlanan və "Qiyamət günü" adlandırılan təyyarə 2010-cu ildən bəri ilk dəfə Moskva səmasında uçub.
Bizim.Media xəbər verir ki, günlərlə havada qala bilən və pəncərəsi olmayan təyyarənin uçuşu ilə Putinin Qərb ölkələrinə mesaj verdiyi təxmin edilir.
Gələn həftə baş tutacaq 9 May - Qələbə Günü paradının məşqləri üçün havaya qalxan “İlyuşin İl-80” təyyarəsinin Moskva sakinləri tərəfindən çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, 2010-cu ildən Qələbə Günü paradlarında görünməyən “Qiyamət günü” təyyarəsinin sayı 4 ədədir.
Bu təyyarələrdə ölkənin silahlı qüvvələri və nüvə raketlərini buraxmağa qadir olan bölmələri ilə əlaqəni təmin edən xüsusi rabitə vasitələri var.
Bizim.Media
- A-
- A
- A+
Region
20:48 / 03.05.2022
Rusiya "Qiyamət günü" təyyarəsini havaya qaldırdı - NÜVƏ MÜHARİBƏSİ ZAMANI... - VİDEO
Hazırda oxunan: Rusiya "Qiyamət günü" təyyarəsini havaya qaldırdı - NÜVƏ MÜHARİBƏSİ ZAMANI... - VİDEO
Hazırda oxunan: Rusiya "Qiyamət günü" təyyarəsini havaya qaldırdı - NÜVƏ MÜHARİBƏSİ ZAMANI... - VİDEO
72599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.