Erməni nazir ABŞ dövlət katibinin müavini ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Erməni nazir ABŞ dövlət katibinin müavini ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Erməni nazir ABŞ dövlət katibinin müavini ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

72533

ABŞ-da işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə Qarabağdakı vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Mənbə yazır ki, tərəflər Ermənistan-ABŞ münasibətlərinin yüksək dinamikasını qeyd edərək, 2019-cu ildə əməkdaşlığın strateji dialoq səviyyəsinə yüksəldiyini qeyd ediblər.

Mirzoyan və Nuland regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar. Soçi və Brüsseldə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaların icrası gedişatı müzakirə edilib.

Qarabağdakı vəziyyət, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli saziş üzrə danışıqlara başlamaq məsələsi müzakirə edilib.

Həmsöhbətlər müharibədən sonra yaranmış humanitar problemlərə, xüsusilə də hərbi əsirlərin geri qaytarılması məsələsinə də toxunublar. Ermənistan xarici işlər naziri Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ətrafında son prosesləri də təqdim edib.
Bundan əvvəl ABŞ və Ermənistan mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO