İrəvanda 70 etirazçı saxlanıldı - Paşinyanın istefası səslənir

İrəvanda 70 etirazçı saxlanıldı - Paşinyanın istefası səslənir

Hazırda oxunan: İrəvanda 70 etirazçı saxlanıldı - Paşinyanın istefası səslənir

72516

Mayın 3-ü səhər saat 10:00-a olan məlumata görə, İrəvanda keçirilən etiraz aksiyaları zamanı 70 nəfər saxlanılıb.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Erməni müxalifət fəallarından ibarət qruplar bu gün səhər saatlarında yenidən baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb.

TASS-ın məlumatına görə, hazırda prospektlərdən biri artıq bağlanıb, nəticədə böyük tıxac yaranıb. Fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.

Aksiyada Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edib və polis tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO