Ərdoğan Moskvaya müharibəni dayandırmağa gedir – Putinin “yox” deyəcək GÜCÜ QALMAYIB

Ərdoğan Moskvaya müharibəni dayandırmağa gedir – Putinin “yox” deyəcək GÜCÜ QALMAYIB

Hazırda oxunan: Ərdoğan Moskvaya müharibəni dayandırmağa gedir – Putinin “yox” deyəcək GÜCÜ QALMAYIB

72422

“Putin Rusiyanı mövcud vəziyyətdən çıxaracaq hər hansı bir prosesə “yox” demək gücündə deyil, ona görə də sülh müqaviləsinin imzalanması onun üçün yeganə çıxış yoludur”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev Türkiyənin Ərdoğanın başçılığı ilə digər bir neçə ölkə liderinin Moskvaya birgə səfərini təşkil etmək niyyətinə münasibət bildirərkən deyib. 

Ekspertin fikrincə, Ərdoğanın bu niyyətinin arxasında Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq istəyi dayanır:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan və Putin arasında telefon danışığı olacaq


“Türkiyə çalışır ki, bölgədə sülh və əmin-amanlıq bərpa olunsun. Ukrayna üzərində Rusiya hakimiyyətinin qurulması Türkiyəyə lazım olmadığı kimi, Ankara Kiyevin NATO-ya daxil olmasını da istəmir. Ankaraya Ukraynanın neytral qalması lazımdır. Eyni zamanda, Rusiyanın tamamilə sıradan çıxması da Ankaraya sərf etmir. Ona görə də Ankara müharibənin mümkün qədər tez dayandırılmasına çalışır”. 

Bu səfərin Putinə necə təsir edəcəyinə gəldikdə, politoloq düşünür ki, hazırda Rusiya onu mövcud situasiyadan çıxaracaq hər hansı prosesə “yox” demək gücündə deyil: 

“Ukraynaya hərbi yardımlar artır. Hətta ABŞ ordusunun Ukraynada döyüşməsinə icazə verəcək qanun layihəsi Konqresə təqdim edilib. Belə bir halda, düşünürəm ki, Moskva üçün ən ideal variant onun mövcud vəziyyətdən çoxtərəfli sülh anlaşması ilə çıxarılması ola bilər.

Türkiyə çalışır ki, Braziliya, Argentina kimi üçüncü dünya ölkələrini yanına toplayıb Kiyevlə Moskva arasında hər iki tərəfi qane edən sülh müqaviləsinin imzalanmasına nail olsun. 
Fikrimcə, Putin də buna getməlidir. Bu onun üçün indiki vəziyyətdə yeganə çıxış yoludur. Digər halda, Rusiya Ukrayna cəbhəsində getdikcə daha zəif duruma düşə, Ukrayna Donbasa daxil ola bilər. Bunun nəticəsində Rusiya nüvə silahına əl ata bilər, hansı ki bu da dümya və elə Moskvanın özü üçün ən arzuolunmaz ssenaridir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO