“Ya biz Ukraynaya uduzuruq, ya da 3-cü dünya müharibəsi başlayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının canlı efirində “Russia Today” (RT) telekanalının və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru, erməni jurnalist Marqarita Simonyan səsləndirib.
Mən hesab edirəm ki, ən real variant müharibədir. Öz ölkəmi və onun lideri Vladimir Putini tanıdığımdan deyə bilərəm ki, nüvə müharibəsinin sonu necə qurtaracaq”, deyə o, qeyd edib.
Proqramın aparıcısı Vladimir Solovyov isə onunla razılaşıb: "Onda biz cənnətə gedəcəyik, onlar isə sadəcə öləcəklər”.
Xatırladaq ki, aprelin 25-də erməni jurnalist bunun tam əksini deyib.
O, "Rossiya 1" telekanalında "Vladimir Solovyovla axşam" müəllif proqramının efirində dünya ölkələrinin nüvə müharibəsinə icazə verib-verməyəcəyi ilə bağlı fikirlərini bölüşüb:
“Mən düşünmürəm ki, biz 3-cü dünya müharibəsinə təsəvvür etdiyimiz formada gedirik. Əgər biz sadəcə olaraq insanlığımızın məhvinə gətirib çıxarmayacaq müharibədən danışırıqsa, o, artıq gedir”.
Simonyan nüvə müharibəsi ehtimalı ilə bağlı sualı bir neçə il əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya verdiyini xatırlayıb:
“O (Şoyqu) bunu tamamilə qeyri-mümkün hesab edir. Nazirin fikrincə, bu müharibə bəşəriyyətin son müharibəsi olacaq. Yeni daş dövrü gələcək. Şoyqu hansısa dövlətin bu addımı atacağına inanmadığını vurğulayıb”.
Bizim.Media