Rusiyadan Qərbə XƏBƏRDARLIQ -

Rusiyadan Qərbə XƏBƏRDARLIQ - "Reaksiyamız sərt olacaq"

Hazırda oxunan: Rusiyadan Qərbə XƏBƏRDARLIQ - "Reaksiyamız sərt olacaq"

71874

“Qərb ölkələri açıq şəkildə Ukraynanı Kiyevə tədarük etdikləri silahlardan istifadə edərək Rusiya ərazisinə hücum etməyə çağırır”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova bu barədə jurnalistlərə açıqlamasında danışıb. 

“Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya verilən silahlarla Rusiyanın ərazisindəki hərbi obyektləri vurmaq olar. Biz buna əvvəllər də münasibət bildirmişik. Belə hərəkətlər cavabsız qala bilməz. Mən istərdim ki, Qərb bizim xəbərdarlıqlarımızı ciddi qəbul etsin: Britaniyanın Ukraynanı Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə təhrik etməsi sərt reaksiyalara səbəb olacaq”, - deyə Zaxarova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO