Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror şəbəkəsi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.
"Sancaktepedə daha bir terror şəbəkəsi məhv edilib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu yaxalayıb, 5 kq partlayışa hazır partlayıcı maddə, bomba mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.
Bizim.Media
Sancaktepe’de bir terör hücresi daha çökertildi.
— Süleyman Soylu (@suleymansoylu) April 27, 2022
DKP-BÖG hücre evinde 3 teröristi yakalayan TEM Birimleri; patlamaya hazır 5 kg patlayıcı, bomba düzenekleri ve birçok mühimmat ele geçirdi
Allah, İstanbul Emniyeti TEM, İstihbarat Birimlerimiz ve tüm güvenlik güçlerimizi korusun.