Marqarita Simonyanın əri Qazaxıstanı hədələdi:

Marqarita Simonyanın əri Qazaxıstanı hədələdi: "Ukraynaya diqqətlə baxın, ciddi düşünün" - VİDEO

Hazırda oxunan: Marqarita Simonyanın əri Qazaxıstanı hədələdi: "Ukraynaya diqqətlə baxın, ciddi düşünün" - VİDEO

71732

Qazaxıstanla bağlı qeyri-müəyyən açıqlamalar verən tanınmış rusiyalı təbliğatçı Tiqran Keosayan (erməni jurnalist, RT-nin və “Sputnik”in Baş redaktoru Marqarita Simonyanın əri) bu ölkədə persona non-qrata çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov məlumat yayıb.

“Rusiyalı jurnalist Tiqran Keosayanın təhqiramiz və mahiyyətcə qərəzli çıxışı diqqət çəkir. Ola bilsin ki, onun bəyanatı Rusiya ictimaiyyətinin və siyasi qurumunun müəyyən hissəsinin fikirlərini əks etdirir, lakin heç bir halda ölkələrimiz arasında əməkdaşlığın və dövlət başçıları səviyyəsində mövcud sazişlərin ruhuna və məzmununa uyğun gəlmir”, - Smadiyarov bildirib.

“Bu cür çıxışlar mehriban qonşuluq münasibətləri mühitini zəhərləyir və strateji tərəfdaşlıq əleyhdarlarının xeyrinədir. İnanıram ki, o, Qazaxıstana girişi arzuolunmaz şəxslər siyahısına salınacaq”. KazTag Smadiyarovdan sitat gətirib.
Xatırladaq ki, Tiqran Keosayan kinorejissor, ssenarist və Rusiya televiziya təbliğatının ən parlaq obrazlarından biri olan “Beynəlxalq Pilorama” layihəsinin prodüseridir.

Çərşənbə günü efirdə o, Qazaxıstana qarşı təhqiramiz hücumlar edib, qazax tamaşaçı isə bunu açıq təhlükə kimi qarşılayıb.

“Qazaxlar, qardaşlar, bu nə nankorluqdur? Uşaqlar, həqiqətən Rusiyanın buxarlanacağına qərar verdiniz? Sizi Marsa göndərəcəklər, bəlkə düşnürsünüz ki, bunu etməyəcəklər?

Ukraynaya yaxından baxın, ciddi düşünün. Düşünürəm ki, bizim məsul şəxslər də münasibətlərin səviyyəsini yenidən nəzərdən keçirməlidirlər.

Çünki, əzizlərim, əgər belə hiyləgər olacağınızı və bunun üçün sizə heç nə olmayacağını düşünürsünüzsə, səhv edirsiniz”. Keosayan efirdə belə deyib.

“Dünya dəyişdi, hər şey dəyişdi. Və qatar yola düşür. Siz hələ də sonuncu vaqona minə bilərsiniz. Amma bu cür fırıldaq edə bilməzsiniz. Ən azından buna inanıram, çünki bütün dostluq oyunları bitdi. İndi yaşamaq zamanıdır. Müharibə gedir. Bu, iki nəhəng ölkənin, böyük ideyanın müharibəsidir.

İkinci tərəf Ukrayna deyil, Amerika və NATO-dur. Amma digərləri, xüsusən də qardaş ölkələr qərarlı olmalı və tərəf tutmalıdırlar. Və biz diqqətlə baxmalıyıq ki, kim bizimlədir, kim yox”, deyə o, əlavə edib.
Qeyd edək ki, aprelin 13-də Qazaxıstan Müdafiə Nazirliyi bu il 9 May Qələbə Günü şərəfinə hərbi paradın keçirilməsinin planlaşdırılmadığını açıqlayıb.

Bundan əvvəl, aprelin 1-də Qazaxıstan prezident administrasiyasının nümayəndəsi Timur Suleymenov bildirmişdi ki, Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Qərbin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət kimi çıxış etməyəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO