“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”.
Bizim.Media “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Çünki Ukrayna Rusiya ilə “Minsk-3” və ya “Minsk-4” formatında razılığa gələrsə, bir müddətdən sonra yenidən müharibə başlayacaq. Bizim üçün vacib olan hüquqi olaraq savaşı bitirməkdir. Rusiya davamlı olaraq kiminləsə müharibə aparacaq. Ona görə də biz elə razılaşma əldə etməliyik ki, digər ölkələr də bizim yanımızda olsunlar. Biz təhlükəsizlik zəmanətlərinə dair razılaşma istəyirik”, - deyə Podolyak qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:38 / 23.04.2022
“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur” – Ukrayna Prezident Ofisi
Hazırda oxunan: “Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur” – Ukrayna Prezident Ofisi
Hazırda oxunan: “Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur” – Ukrayna Prezident Ofisi
71050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.