Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı "Facebook" səhifəsində məlumat paylaşıb.
“Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib.
Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib.
Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir.
Bizim.Media
- A-
- A
- A+
Region
09:47 / 23.04.2022
\"Rusiyanın 9 tankı, 18 zirehli texnikası məhv edilib\" - Ukrayna Baş Qərargahı
Hazırda oxunan: \"Rusiyanın 9 tankı, 18 zirehli texnikası məhv edilib\" - Ukrayna Baş Qərargahı
Hazırda oxunan: \"Rusiyanın 9 tankı, 18 zirehli texnikası məhv edilib\" - Ukrayna Baş Qərargahı
71023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.