Paşinyan: “Putinlə Qarabağla bağlı yekun razılıq əldə olunub”

Paşinyan: “Putinlə Qarabağla bağlı yekun razılıq əldə olunub”

Hazırda oxunan: Paşinyan: “Putinlə Qarabağla bağlı yekun razılıq əldə olunub”

70630

Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqlarda Qarabağ məsələsi ilə bağlı yekun razılıq əldə olunub.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.

“Təhlükəsizlik, Qarabağ münaqişəsi, regional infrastrukturun blokadadan çıxarılması və Ermənistanla Azərbaycan arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası prosesi daxil olmaqla, bir sıra mühüm məsələlər üzrə yekun razılıq əldə olunub”. Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanın dediklərindən sitat gətirib.

"Biz prezident Putinlə məhsuldar müzakirə apardıq və birgə bəyanat qəbul etdik", - Ermənistanın baş naziri deyib.

Ermənistan hökumətinin başçısı bir gün əvvəl Rusiyaya rəsmi səfərə gəlib. Aprelin 19-da Rusiya lideri ilə danışıqlar aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO