Serj Sarkisyan siyasi səhnədən gedir - Levon Ter-Petrosyan və Robert Köçəryanla danışıqlar aparır

Serj Sarkisyan siyasi səhnədən gedir - Levon Ter-Petrosyan və Robert Köçəryanla danışıqlar aparır

Hazırda oxunan: Serj Sarkisyan siyasi səhnədən gedir - Levon Ter-Petrosyan və Robert Köçəryanla danışıqlar aparır

70540

Son günlər Ermənistanın üçüncü prezidentinin ofisi çox güman ki, Serj Sarkisyanın “Artsax”ı (Qarabağdakı qondarma rejim) və Ermənistanı xilas etmək uğrunda mübarizəyə dəstək verdiyini, eləcə də Ermənistanı müdafiə etməyə hazır olduğunu bəyan edəcək bəyanat üzərində işləyir. Həmçinin o, gənc nəslə yer vermək üçün siyasi səhnəni tərk etmək fikrinə düşüb.

Bizim.Media xəbər verir ki, bu informasiya Ermənistanın “Hraparak” qəzetində yer alıb.

Mənbə yazır ki, Serj Sarkisyan Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanla birgə bəyanatla çıxış etmək üçün danışıqlar aparır:

“Əgər danışıqlar uğur qazanmasa, o zaman bəyanatın Ermənistan Respublikasının birinci və ikinci prezidentlərinə müraciət formatında olacağı istisna edilmir”.

Qəzet xatırladır ki, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində Levon Ter-Petrosyan təşəbbüs göstərərək ikinci və üçüncü prezidentlərə müraciət edib və bu təşəbbüsdə səyləri birləşdirməyi təklif edib.
Məqsədi isə siyasi səhnədən geri çəkilməklə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq olub. Lakin bu təşəbbüs Robert Köçəryan tərəfindən dəstəklənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO