Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmələr keçiriləcək – MÜXALİFƏTİN TƏŞƏBBÜSÜ

Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmələr keçiriləcək – MÜXALİFƏTİN TƏŞƏBBÜSÜ

Hazırda oxunan: Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmələr keçiriləcək – MÜXALİFƏTİN TƏŞƏBBÜSÜ

70391

Ermənistan parlamentində Ermənistan-Türkiyə münasibətləri mövzusunda dinləmələr keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın qanunverici orqanının rəsmi saytında məlumat yayılıb.

“Aprelin 21-də saat 11:00-da “Hayastan” fraksiyasının təşəbbüsü ilə Parlamentin “Ermənistan və Türkiyə arasında münasibətlərin konseptual müddəaları haqqında” bəyanat layihəsinə dair dinləmələr keçiriləcək”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən il İrəvan və Ankara danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub.
Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO