Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə etdi

Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə etdi

70228

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığında Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının gedişini müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə danışıqdan sonra Kremlin mətbuat xidməti məlumat yayıb.

“Donbasın mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın keçirilməsi ətrafında vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Rusiya lideri həmsöhbətinə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların gedişi barədə də məlumat verib. Bundan əlavə, liderlər “XİN rəhbərləri arasında Antalya və Moskvada keçirilən son danışıqların nəticələrinə” müsbət qiymət veriblər.

Öz növbəsində, Ərdoğan Türkiyə vətəndaşlarının Ukraynadan təxliyyəsində göstərdiyi köməyə görə Rusiya Federasiyasına təşəkkür edib. 

“Söhbətdə humanitar komponentə xüsusi diqqət yetirilib. Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının Ukrayna ərazisindən təxliyəsi, eləcə də Azov dənizindəki Rusiya limanlarından türk yükləri daşıyan gəmilərin təhlükəsiz çıxışına göstərdiyi köməyə görə minnətdarlığını bildirib”, - Kremldən bildirilib.

Mətbuat xidməti, həmçinin qeyd edib ki, Putin və Ərdoğan Rusiya Federasiyası ilə Türkiyə arasında, o cümlədən enerji sektorunda əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdırlar. 

“İkitərəfli gündəlikdəki məsələlərə ətraflı baxılıb. Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sektorunda strateji layihələrin həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üçün əhval-ruhiyyə ifadə olunub”, - Kremlin bəyanatında deyilir.
Telefon danışığından sonra iki ölkə prezidentləri müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO