İranlı general yenidən Azərbaycanı hədələdi

İranlı general yenidən Azərbaycanı hədələdi

Hazırda oxunan: İranlı general yenidən Azərbaycanı hədələdi

70174

İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumərs Heydəri qonşu ölkələrdən biri haqda hədə ilə danışıb və ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Azad İran” Telegram kanalı yayıb. 

“Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, “qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb. 

Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirdi. Biz iki vacib və strateji şərt irəli sürdük:

Birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik.

İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi.

İran regionda “sionist rejim”in fəaliyyətlərini müşahidə etməyə davam edir”, - deyə general vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO