Ermənistan polisi İrəvanın mərkəzindəki Azadlıq meydanında elan edilən mitinqdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalifətçi deputat, “Mənim şərəfim var” blokundan olan Artur Vanetsyanın tərəfdarlarını saxlayıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ana Vətən Partiyasının siyasi şurasının üzvü Arsen Babayan bildirib.
Onun sözlərinə görə, polis aksiyada 5 iştirakçını saxlayıb.
Etirazçılar çadırlar qurmağa çalışsalar da, təhlükəsizlik qüvvələri buna imkan verməyib.
Nümayişçilər bitişik küçədə nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar, lakin polis buna müdaxilə edib. Vətəndaşlarla asayiş keşikçiləri arasında əlbəyaxa dava düşüb və bu zaman insanları yerlə sürüyüblər.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, parlamentin “Mənim şərəfim var” müxalifətçi fraksiyasının rəhbəri Artur Vanetsyan Azərbaycanın əzəli torpağı olan Qarabağ (onlar Artsax deyirlər) uğrunda mübarizə aparmaq məqsədilə İrəvanın Azadlıq meydanında müddətsiz aksiyaya başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:57 / 17.04.2022
İrəvanda sakinlər küçələrə axışdı - Polis keçmiş MTN rəhbərinin 5 tərəfdarını saxladı
Hazırda oxunan: İrəvanda sakinlər küçələrə axışdı - Polis keçmiş MTN rəhbərinin 5 tərəfdarını saxladı
Hazırda oxunan: İrəvanda sakinlər küçələrə axışdı - Polis keçmiş MTN rəhbərinin 5 tərəfdarını saxladı
70114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.