Ermənilər öz “qəhrəman”larının burnunu vurub sındırdılar – FOTO

Ermənilər öz “qəhrəman”larının burnunu vurub sındırdılar – FOTO

Hazırda oxunan: Ermənilər öz “qəhrəman”larının burnunu vurub sındırdılar – FOTO

69660

İrəvanda naməlum şəxslər “Artsax”ın (Qarabağda qondarma rejim) milli qəhrəmanı, fizik, hərbçi Leonid Azqaldiyanın büstünə zərər vurublar.

Bizim.Media “panorama.am” saytına istinadən xəbər verir ki, bu haqda fotoları rəssam Ara Şaumyan yayıb.

“Artıq Ermənistanın Türkiyə və digər ölkələrin agentləri ilə dolu olduğuna heç bir şübhəm yoxdur... Hibrid müharibə deyilsə, bu nədir?

Əgər hüquq-mühafizə orqanları dəyərlərimizə nəzarət edə və qoruya bilmirsə, o zaman biz həyət uşaqlarının institutunu bərpa etməli, agentləri yerindəcə aşkarlayıb cəzalandırmalıyıq”, - deyə o yazıb.

Xatırladaq ki, Azqaldiyanın büstü 11 dekabr 2002-ci ildə İrəvanın mərkəzində, Tumanyan küçəsində onun yaşadığı evin yanında ucaldılıb. 

Qeyd edək ki, oxşar hadisə artıq bu ayın əvvəlində də qeydə alınıb. Naməlum şəxslər Leonid Azqaldiyanın portretini əks etdirən qraffitiləri çirkləndiriblər. 

Son anda alınan məlumata görə, Leonid Azqaldiyanın abidəsini təhqir edən şəxs həbs edilib. Onun 58 yaşı var, İrəvanın Maştots prospektində yaşayır. O, mərkəzi polis bölməsinə gətirilib və artıq hər şeyi etiraf edib. Polisdən ibtidai istintaqın getdiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO