Gürcüstan nümayəndə heyəti Şuşaya səfər edəcək

Gürcüstan nümayəndə heyəti Şuşaya səfər edəcək

Hazırda oxunan: Gürcüstan nümayəndə heyəti Şuşaya səfər edəcək

69649

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfər Azərbaycan Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. 

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə üçün heyəti paytaxt Bakı şəhərində tur təşkil olunacaq və bir sıra görüşlər keçiriləcək. 

Nümayəndə heyəti həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcəklər. 

Qeyd olunan səfərlə bağlı səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO