İranda bir gündə 149 nəfər vəfat etdi

İranda bir gündə 149 nəfər vəfat etdi

Hazırda oxunan: İranda bir gündə 149 nəfər vəfat etdi

6964

İranda son 24 saat ərzində koronavirusdan daha 149 nəfər dünyasını dəyişib, 6 108 nəfər xəstəliyə yoluxub.

Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

O, bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 55 095 nəfərə, infeksiyaya yoluxanların sayı isə 1 milyon 218 min 753 nəfərə yüksəlib. İranda bu günə qədər 978 714 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb. 

Sözçü qeyd edib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5 087 nəfərin vəziyyəti ağırdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO