Çavuşoğludan Misirlə bağlı MÜHÜM AÇIQLAMA: “9 ildən sonra...

Çavuşoğludan Misirlə bağlı MÜHÜM AÇIQLAMA: “9 ildən sonra..."

Hazırda oxunan: Çavuşoğludan Misirlə bağlı MÜHÜM AÇIQLAMA: “9 ildən sonra..."

69634

Misirlə Türkiyə arasında yenidən səfir təyinatı gerçəkləşə bilər.

Bizim.Media “ensonhaber.com” saytına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə əlaqələrin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, 2013-cü ildən dalana dirənmiş Türkiyə-Misir münasibətlərinin yaxşılaşdırılması istiqamətində ötən il yeni addımlar atılıb.

NTV-də gündəmlə bağlı sualları cavablandıran Çavuşoğlu daha sonra bunları deyib:

"Misirlə əlaqələrin yaxşılaşdırılmasına ehtiyac var. İki ölkənin əlaqələri bir çox bölgə üçün və Şərqi Aralıq dənizi mövzusu ilə bağlı çox vacibdir. Səfirlərin yenidən qarşılıqlı təyinatı ola bilər".

Xatırladaq ki, 2013-cü ilin yayında Prezident Məhəmməd Mursinin devrilməsindən sonra ölkələr arasındakı münasibətlər xeyli pisləşib (İslamçı Müsəlman Qardaşlar təşkilatının nümayəndəsi). 23 noyabr 2013-cü il tarixində Misir səlahiyyətliləri Türkiyədəki səfirlərini geri çağırıblar və ayrıca Türk səfirini persona non qrata elan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO