Azərbaycan Gorus-Qafan yolunu tam bağladı

Azərbaycan Gorus-Qafan yolunu tam bağladı

Hazırda oxunan: Azərbaycan Gorus-Qafan yolunu tam bağladı

69430

Zəngəzurda Azərbaycanın suveren ərazisində yerləşən Gorus-Qafan yolunun 21 kilometr hissəsi tamamilə bağlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus “Hraparak” qəzeti yayıb.

“Azərbaycan tərəfi burada tikanlı məftillər və beton maneələr quraşdırıb. Bu onu deməyə əsas verir ki, yoldan nə erməni avtomobilləri, nə də iri İran yük maşınları keçir.

Əvvəlcə Ermənistanın yüksək rütbəli məmurları bizi əmin etdilər ki, biz bu yoldan istifadə edə bilərik. Bunun yalan olduğu ortaya çıxdı. Yolun hər iki tərəfində Ermənistan və Azərbaycan sərhədçiləri dayanıb. Yada salaq ki, bu yolun Azərbaycanın nəzarətinə keçməsi nəticəsində Şurnuxu, Şahverdilər və Bərdzrəvan qəsəbələri təcrid olunub”, - deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO