Ermənistanın Zəngəzur mahalında (Sünik bölgəsində) sərhədin bölünməsi nəticəsində qonşu Azərbaycan ərazisinə düşən hissələrə alternativ yollar çəkiləcək.
Bizim.Media xəbər verir ki, bunu Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan "Armenpress" agentliyinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, alternativ yolların tikintisi aktuallaşıb.
Papikyan əlavə edib ki, yollar inşa edildiyi dövrdə relyefin xüsusiyyətlərini nəzərə alaraq, daha rahat istiqamətlərdən istifadə edilib. Bundan əlavə, Sovet dövründə iki respublikanın ərazisindən keçməklə bağlı heç bir problem yox idi. Görünür, bu səbəbdən yollar bu şəkildə tikilib.
"Gorus-Qafan yolunun beş hissəsi qonşu dövlətin ərazisindən keçir və yenidən Ermənistan ərazisinə daxil olur. Biz bütün yolun Ermənistan ərazisindən keçməsini təmin edəcək alternativ yolların tapılması barədə əmr verdik", - deyib.
Nazir ayrıca tunellərin inşasını da istisna etməyib. Papikyan Qafan-Ağarak yolunda da problemin olduğunu qeyd edib:
“Fakt budur ki, ona alternativ yol var, amma asfaltlanmayıb”.
Nazir artıq yolun yenidən qurulmasını əmr edib və böyük ehtimalla asfaltlama 2021-ci ildə başlayacaq.
“Qafan-Çakaten yolunun hissəsinə gəldikdə isə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Rusiya sərhədçiləri tərəfindən idarə olunur. İndiki mərhələdə nəqliyyatda problem yoxdur", - deyib.
O vurğulayıb ki, Sünik qubernatorunun vasitəçiliyi və təşəbbüsü ilə müzakirə aparılıb və Qafan-Gorus yoluna alternativ Tatev-Ağavni-Qafan yolunun yenidən qurulması barədə qərar qəbul edilib.
2020-ci ildə artıq yolun 12,5 km-lik hissəsində tikinti işləri aparılıb. Bundan əvvəl, 2016-cı ildə, yolun 6 km-lik hissəsinin inşasına 2018-ci ildə başlanılıb və başa çatıb. Ümumilikdə 18,5 kilometr yol çəkilib. Qalan hissəsi, təxminən 21 kilometr 2021-ci ildə inşa ediləcək. O, qeyd edib ki, yol elə olmalıdır ki, yük maşınları onun üzərindən keçə bilsin.
Bizim.Media
- A-
- A
- A+
Region
16:32 / 30.12.2020
Zəngəzurda "itirilmiş" yolların yerinə alternativ yollar salınacaq – Erməni nazir detalları açıqladı
Hazırda oxunan: Zəngəzurda "itirilmiş" yolların yerinə alternativ yollar salınacaq – Erməni nazir detalları açıqladı
Hazırda oxunan: Zəngəzurda "itirilmiş" yolların yerinə alternativ yollar salınacaq – Erməni nazir detalları açıqladı
6920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.