İran Ermənistanda biznes mərkəzi açacaq

İran Ermənistanda biznes mərkəzi açacaq

Hazırda oxunan: İran Ermənistanda biznes mərkəzi açacaq

68958

İran Ermənistanda biznes mərkəzi açacaq.

Bizim.Media Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın Əmək və Kooperativlər Nazirliyinin beynəlxalq əlaqələr üzrə baş direktoru Həmid Foruzana deyib.

O, iki tərəfin məhsul və xidmətlərin istehsalı və ticarəti sahəsində imkanlarını müəyyən etmək üçün İran və Ermənistan arasında əməkdaşlıq memorandumu imzalanacağını bildirib.

İran rəsmisi həmçinin iranlı professorların erməni təqaüdçülər və əlillər üçün sığorta məsləhətləri və xidmətlər göstərməyə hazır olduqlarını vurğulayıb. İxtisaslaşdırılmış tədris mərkəzləri də fəaliyyət göstərəcək.

Bundan əvvəl İranın Ticarət Palatasının sədr müavini Məhəmməd Kərbasi avtomobil sənayesində Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Ermənistan İranın avtomobil sənayesinə sərmayə qoymaq istəyini ifadə edib və bu, malların və avtomobillərin Ermənistan vasitəsilə Avropa və Avrasiya ölkələrinə ixracı üçün yaxşı şansdır.

Bu kontekstdə o, vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin İranla quru sərhədi olan yeganə ölkəsidir və bu vəziyyətdən istifadə edilməlidir.

Qeyd edək ki, hazırda İrandan Ermənistana əsasən maye qaz və neft məhsulları, polimerlər (polietilen və s.), sement, az miqdarda armaturlar və digər polad məmulatları, tikinti materialları, o cümlədən tərəvəz və meyvələr idxal olunur.

Ermənistandan İrana az miqdarda elektrik enerjisi, eləcə də qoyun əti verilir. İran bazarı əvvəllər ciddi mühafizə tədbirlərinə məruz qaldığı üçün digər malların ixracı son dərəcə məhduddur.

Bundan əlavə, Qərbin sanksiyaları səbəbindən İran bankları SWIFT banklararası köçürmə sistemindən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO