Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Vogue” jurnalına müsahibə verib.
Bizim.Media xəbər verir ki, o müsahibəsində NATO-nu və qərb ölkələrini sərt tənqid edib.
"Ukrayna üzərində səmanı bağlamağı xahiş etdik. Amma bunu etmədilər. NATO hesab edir ki, bu, Rusiya ilə birbaşa münaqişəyə səbəb olacaq. İndi ritorik sual verirəm: Bu ölümlərdən tək Rusiya günahkardır?
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ukraynada vağzalı raket atəşinə tutdu, çox sayda ölən və yaralanan var - FOTO/VİDEO
Baş verənlər Rusiyanın xoşlamadığı hər bir ölkədə təkarlana bilər. Təcavüzkar hücuma keçir, çünki o bilir ki, Qərb səmanı bağlamır. Bu, onu irəliyə getməyə və vəhşiliklər etməyə sövq edir”, - prezidentin həyat yoldaşı bildirib.
Bizim.Media