Ermənistanda Baş Qərargah rəisi kreslosu niyə boşdur? – Müdafiə naziri də tarix müəllimidir

Ermənistanda Baş Qərargah rəisi kreslosu niyə boşdur? – Müdafiə naziri də tarix müəllimidir

Hazırda oxunan: Ermənistanda Baş Qərargah rəisi kreslosu niyə boşdur? – Müdafiə naziri də tarix müəllimidir

68510

Fevralın ortalarından Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin kreslosu boşdur. Xatırladaq ki, fevralın 24-də Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyanın fərmanı ilə Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilib.

Davtyan keyfiyyətsiz silahların alınmasında iştirakda ittiham olunur. O vaxtdan uduzan ordunun “beyni”nin rəhbərinin kreslosu boş qalıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, Ermənistan hakimiyyəti bu vəzifəyə uyğun namizəd tapa bilmir. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyanın Baş Qərargah rəisi postunu tutacağı ilə bağlı xəbərlər yayılmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda baş qərargah rəisinin müavini saxlanıldı – SƏBƏB 


Lakin Piloyanın həbsi onu çox yaxın vaxtlarda Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etməyi planlaşdıran hər kəs üçün sürpriz oldu.

“Paşinyan hökuməti ümidsiz vəziyyətdə qalıb. Müdafiə naziri Suren Papikyan münasib namizəd axtarışına çıxıb. İndiki şəraitdə heç kim bu mövqedən çıxış etmək və cari proseslərin məsuliyyətini öz üzərinə götürmək istəmir. Baş Qərargah rəisinin keçmiş müavini, general Tiran Xaçatryan da axtarışların iflasa uğramasını bu vəzifədə çalışmaq istəyənlərin yox olması ilə əlaqələndirib.

Ona görə də Azərbaycanla yeni müharibə başlasa, Ermənistan ordusu xidmət edərkən komandirini bıçaqlayan, bir il həbsdə yatan, sonra isə inqilabçıya çevrilən tarix müəllimi Suren Papikyanın əlinə keçəcək”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO