Sosial şəbəkələrdə ermənilərin azərbaycanlı hərbçisinin cəsədini yandırması ilə bağlı yeni video yayımlanıb.
Bizim.Media xəbər verir ki, çəkilişin yeri və vaxtı dəqiq məlum deyil.
Mərhumun hərbi əsir olduğu və kadrlardakı ermənilər tərəfindən öldürüldüyü güman edilir.
Ermənilərdən birinin əlində yaba olması əsgərin bu alətlə döyülərək öldürülməsi ehtimalını da yaradır.
Qeyd edək ki, bu şəhid olmuş Azərbaycan əsgərlərinin və mülki şəxslərin cəsədlərinə, eləcə də əsirlərə erməni əsgərləri tərəfindən qeyri-insani münasibət göstərilən ilk video deyil.
Xatırladaq ki, işgəncə və ya qeyri-insani rəftar ağır hərbi cinayət sayılır və bu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Bizim.Media