“Qarabağda kök salan qanunsuz erməni birləşmələrinin çıxarılması ermənilərin bu bölgədən “geri çəkilməsi” demək olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan öz sonunu hazırladı – Rusiyaya hərbi yardım göndərmək Nikolun sonunu gətirəcək
Xatırladaq ki, 10 noyabr 2020-ci ildə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında imzalanan sazişə görə “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.
Baş nazir isə belə bəndin ümumiyyətlə sazişdə yer almadığını deyir. Paşinyanın bugünkü açıqlamasından belə çıxır ki, o, öz imzasına naxələf çıxır və Azərbaycan ərazisində “silahlı erməni birləşmələrinin” olmasını rəsmən tanıyır.
Bizim.Media