Rəsmi Moskvadan Delyaginin Azərbaycanla bağlı açıqlamasına SƏRT REAKSİYA

Rəsmi Moskvadan Delyaginin Azərbaycanla bağlı açıqlamasına SƏRT REAKSİYA

Hazırda oxunan: Rəsmi Moskvadan Delyaginin Azərbaycanla bağlı açıqlamasına SƏRT REAKSİYA

66982

Xəbər verdiyimiz kimi, rusiyalı deputat Mixail Delyagin “Rossiya 1” telekanalının efirində yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux kəndində yerləşməsi xəbərinə sərt reaksiya verib və Azərbaycanın neft sənayesinin bombalanmasını məsləhət görüb.

Bu sərsəm açıqlamaya istər Bakının, istərsə də Moskvanın rəsmi şəxsləri, deputatlar sərt münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus deputatın “Bakını bombalamaq” SAYIQLAMASI – Rusiya qonşuları ilə düşmən olmaqda qərarlıdır – VİDEO 


Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də mövzu ilə bağlı fikrini açıqlayıb.

“Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir, qəbuledilməzdir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz istənilən belə bəyanatları qəbuledilməz hesab edirik". Zaxarova brifinqdə Delyaginin sözlərini şərh edərkən belə deyib. 

Onun sözlərinə görə, bu cür bəyanatlar Moskvanın "rəsmi mövqeyini əks etdirmir".

Xatırladaq ki, Rusiyanın federal telekanallarından birinin efirində Delyagin Azərbaycanın neft sənayesinə nüvə zərbələri endirməyi təklif etmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu bəyanat “heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO