İrəvandan sülh, Laçından müharibə MESAJI – Tofiq Zülfüqarov Ermənistanın planını ifşa etdi

İrəvandan sülh, Laçından müharibə MESAJI – Tofiq Zülfüqarov Ermənistanın planını ifşa etdi

Hazırda oxunan: İrəvandan sülh, Laçından müharibə MESAJI – Tofiq Zülfüqarov Ermənistanın planını ifşa etdi

66973

Xəbər verdiyimiz kimi, martın 28-də Ermənistan Təhlükəsizlik Şurasının müşavirəsində İrəvan rəsmiləri Azərbaycanla sülh müqaviləsinin tez bir zamanda imzalanmasının vacibliyinə toxunublar. Bununla paralel olaraq, Ermənistandan hərbi qüvvələrin Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasına daşınması davam etdirilir.

Rəsmi İrəvanın sülh bəyanatında uyğun olmayan bu addımı isə müəyyən sualların yaranmasına səbəb olub.

Ermənistanın bu cür ikibaşlı ritorika seçməklə nəyi hədəflədiyini Bizim.Media üçün şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sülhməramlıların uzun müddətdir fəaliyyətdə olmalarına rəğmən 10 noyabr bəyanatının 4-cü bəndinin hələ də icra olunmadığını qeyd edib:

“Üçtərəfli bəyanatda erməni silahlılarının sülhməramlıların müvəqqəti nəzarət zonalarından çıxarılması məsələsi öz əksini tapıb. Lakin bu müddəa yerinə yetirilməyib. Biz görürük ki, konstitusiyamıza zidd olan silahlı birləşmələr fəaliyyətlərini davam etdirirlər. Rəsmi Bakı tələb edir ki, sülhməramlarının öz vəzifələrini tam şəkildə icra etsinlər. Hesab edirəm ki, Azərbaycan bu məsələdə israrlıdır və öz məqsədlərinə nail olacaq”.

Tofiq Zülfüqarov Paşinyana yaxın erməni siyaətçilər tərəfindən “Artsax”ın müstəqilliyinin tez bir zamanda tanınması təkliflərinin hansı məqsədə xidmət etdiyinə də aydınlıq gətirib:

“Bu siyasi təxribatdır və daima baş verir. Təbii ki, bunun real nəticələrinin olması mümkün deyil.

Eyni zamanda anlamalıyıq ki, Ermənistan indiki situasiyada Azərbaycanla vəziyyəti gərginləşdirmək iqtidarında deyil.
İstər hərbi, istər iqtisadi baxımdan Ermənistan zəif durumdadır. Buna sadəcə siyasi təxribat kimi baxılmalıdır. Azərbaycan işğal olunmuş əraziləri azad edib və inteqrasiya prosesi sürətlə davam etdirilməlidir. Sülhməramlıların müvəqətti nəzarətində olan ərazilərdə bu proses sürətli şəkildə tamamlanmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO