Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcək.
Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sergey Şoyqu martın 11-indən sonra ilk dəfə görüntüləndi - VİDEO
“Ukraynanın silahlı qüvvələrinə xeyli ziyan dəyib. Hava üstünlüyü əldə edilib. Hərbi-hava qüvvələri və hava hücumundan müdafiə sistemi praktiki olaraq məhv edilib. Ölkənin hərbi-dəniz qüvvələri öz fəaliyyətini dayandırıb”, - nazir qeyd edib.
O vurğulayıb ki, artıq 684 humanitar aksiya həyata keçirilib, 210 yaşayış məntəqəsinə 6079 ton yük çatdırılıb.
Bizim.Media