Paşinyan öz sonunu hazırladı – Rusiyaya hərbi yardım göndərmək Nikolun sonunu gətirəcək

Paşinyan öz sonunu hazırladı – Rusiyaya hərbi yardım göndərmək Nikolun sonunu gətirəcək

Hazırda oxunan: Paşinyan öz sonunu hazırladı – Rusiyaya hərbi yardım göndərmək Nikolun sonunu gətirəcək

66785

Xəbər veridiyimiz kimi, Ermənistana məxsus 4 ədəd “SU 30” tipli döyüş təyyarəsi Ukraynadakı əməliyyatlarda iştirak etmək üçün Rusiyaya göndərilib.

Ən önəmli nüans isə ondan ibarətdir ki, təyyarələrin məhz erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfindən Ukraynaya qarşı döyüşmək üçün Yaxın Şərqdən gələn “muzdlular”ın da Ermənistan ərazisindən keçdikləri ilə bağlı informasiyalar dərc olunurdu.

Lakin bu addım daha çox Rusiyanın orbitində olan ölkənin məcburiyyətdən etdiyi davranış kimi qələmə verilirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Ukraynada müharibəyə qoşuldu - Qırıcı təyyarələrini Rusiyaya verdi 


Paşinyandan “sürpriz” gediş

İndiki situasiyada isə Ermənistan faktiki olaraq Rusiya ilə birlikdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə başlayıb. Hərbi təyyarələrin martın 25-də Ermənistandan yola çıxdığını və Rusiyanın bütün qüvvələrini əməliyyatlara yönəltdiyini nəzərə aldıqda isə, erməni pilotların artıq döyüşlərə qatıldıqları da istisna deyil. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın da əli Ukraynada öldürülən dinc sakinlərin qanına bulaşıb.

Maraqlıdır ki, əksəriyyət Rusiya ilə ittifaq dövləti qurmaq yolunda əmin addımlarla irəliləyən Belarusun Ukraynaya qarşı əməliyyatlara qatılacağını ehtimal etsə də, Ermənistan bu dəfə də bütün dünyanı mənfi mənada təəccübləndirməyi bacardı.

İndi isə, əsas maraq doğuran məqam Ermənistana qarşı Qərbdə hansı ritorikanın seçiləcəyi ilə bağlıdır. Belə ki, Rusiyaya hərbi, iqtisadi və digər formalarda yardım göstərən, hətta şimal qonşumuza qarşı sanksiyalara qoşulmayan ölkələrə qarşı da ciddi tədbirlərin görüləcəyi bildirilir. Bu məsələni Ağ Ev rəsmiləri ən yüksək səviyyədə dəfələlər bəyan ediblər.

Görəsən, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Rusiyanı dünyanın ən çox sanksiya tətbiq olunan ölkəsinə çevirən Qərb koalisiyası oxşar addımı Ermənistana qarşı da atacaqmı?

Məntiqi cəhətdən bu sualların cavabı bəllidir. Lakin Qərbin ikili standartlarına ən yaxından biz bələd olduğumuz üçün hələ də hansı addımların atılacağını əminliklə söyləməkdə çətinlik çəkirik.
Hayla gələn, vayla gedər

Onu da əlavə edək ki, Nikol bu dəfə günahlarını öz sələflərinin üzərinə atmaqla da sudan quru çıxmağı bacarmayacaq. Çünki sözügedən “SU 30”lar Paşinyanın iqtidarı dönəmində, 2019-cu ilin dekabrında Ermənistana verilib. Erməni mətbuatından əladə etdiyimiz məlumatlara görə isə, qırıcılar Ermənistanda böyük sevinclə qarşılanıb. Görünür, Paşinyan 2 ildən sonra Rusiyaya qarşı mənəvi borcunu bu cür qaytarmağa qərar verib.

Sonda isə xatırladaq ki, Ermənistanın istər Ukraynada, istərsə də regionumuzda baş verən proseslər fonunda Qərbin, yoxsa Rusiyanın himayəsini seçəcəyi əsas müzakirə mövzularından biri idi. Görünür, Paşinyanın erməni xisləti bu dəfə də özünü büruzə verdi və Nikol onu hakimiyyətə gətirən gücə xəyanət edərək Moskvanın qapısına pənah gətirdi. 

Qərbin isə bu xəyanəti cavabsız buraxacağı o qədər də real görünmür.

Ona görə də, proqnozlaşdıra bilərik ki, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirmək üçün meydanlara axışan, bununla da ağ günə çıxacağını düşünən erməni xalqı qarşısındakı növbəti hədəf Nikolun özü olacaq.
Bu situasiyadan minimum zərərlə çıxmaq üçün isə əsas yük Ermənistan ictimaiyyəti və mediasının üzərinə düşür. Çünki erməni xalqı 44 günlük Vətən savaşında aldığı zərbələri yenidən yaşamaq istəmirsə, əlini daşın altına qoymalı, qırıcıların aqibəti ilə bağlı rəsmi İrəvandan hesabat tələb etməlidir. Əks təqdirdə, Paşinyan ölkəsini ikinci dəfə faciələrlə üz-üzə qoymaqda qərarlı görünür. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO