Avstraliya hökuməti onlarla Rusiya vətəndaşına qarşı sankisyalarıın tətbiq edildiyini açıqlayıb.
Bizim.Media “Ria Novosti”ə istinadən xəbər verir ki, ümumilikdə Avstraliya Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə nazir Maris Peynin “Kremlpərəst təbliğatçılar” adlandırdığı 22 rusiyalının adı var.
Sözügedən siyahıda “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, rejissor Tiqran Keosayan və “Rossiya 1” telekanalında “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyeva Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.
Yuxarıda adı sadalananlar ilə yanaşı, “Qovorit Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan, Strateji Mədəniyyət Fondu, “İnforos”, “News Front” nəşrlərinin və “Kamerton” jurnalının rəhbərləri də var.
Siyahıda həmçinin rusiyalı filosof Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya da var.
Bizim.Media
- A-
- A
- A+
Region
11:24 / 25.03.2022
Rusiyaya tətbiq olunan sanksiyalardan ermənilər də nəsibini aldı – SİYAHI
Hazırda oxunan: Rusiyaya tətbiq olunan sanksiyalardan ermənilər də nəsibini aldı – SİYAHI
Hazırda oxunan: Rusiyaya tətbiq olunan sanksiyalardan ermənilər də nəsibini aldı – SİYAHI
66371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.