Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı xüsusi əməliyyatın gedişi ilə bağlı məruzəsini dinləyib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışıb.
MÖVZU İLƏ BAĞLI:
Şoyqunun “yoxa çıxması” xəbərinə KREMLİN cavabı
Onun sözlərinə görə, nazir xüsusi əməliyyatın gedişi, humanitar yardım və işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası barədə prezidentə və Təhlükəsizlik Şurasının üzvlərinə məruzə edib.
“Görüşdə Ukrayna tərəfinin danışıqlarda ləngliyi də müzakirə edilib”, - Peskov bildirib.
Xatırladaq ki, dünya mətbuatı Sergey Şoyqunun 12 gündür ki, yoxa çıxdığını yazmışdı.
Bizim.Media