Rusiya prezidenti Vladimir Putinin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov müdafiə naziri Sergey Şoyqunun səhhətində problemlər olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sergey Şoyqu yoxa çıxıb? – Ukrayna Prezident Aparatından AÇIQLAMA
“İndi müdafiə nazirinin media fəaliyyətinin vaxtı deyil”. Peskov Rusiya Müdafiə Nazirliyinin rəhbərinin “yoxa çıxması” xəbərini şərh edərkən belə deyib.
Xatırladaq ki, media Şoyqunun ürəyində yaranan problemlərlə əlaqədar 12 gündür ictimaiyyət qarşısına çıxmadığını yazmışdı.
Bizim.Media