Məhv edilən 100 erməni əsgərin cəsədi hələ də sahibsiz qalıb – VALİDEYNLƏRİ GÖTÜRMÜR

Məhv edilən 100 erməni əsgərin cəsədi hələ də sahibsiz qalıb – VALİDEYNLƏRİ GÖTÜRMÜR

Hazırda oxunan: Məhv edilən 100 erməni əsgərin cəsədi hələ də sahibsiz qalıb – VALİDEYNLƏRİ GÖTÜRMÜR

66130

II Qarabağ müharibəsində ölən erməni əsgərlərinin valideynləri övladlarının cəsədlərini götürməkdən imtina edirlər.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın İstintaq Komitəsi yayıb. 

Mənbə qeyd edir ki, martın 21-nə olan məlumata görə, bu rəqəm 100 nəfərə yaxındır, lakin bu, daim dəyişir, çünki bəziləri sonda testin nəticələrini tanıyır və ölülərin qalıqlarını aparırlar.

Hərbi qulluqçuların bəzilərinin qalıqları ikinci DNT müayinəsi üçün Niderlanda göndərilib. Bütün hallarda nəticələr erməni mütəxəssislərin gəldiyi nəticə ilə üst-üstə düşüb.
Ümumilikdə, məhkəmə-genetik ekspertizanın nəticələrinə əsasən həlak olan 3822 hərbi qulluqçu və mülki şəxsdən 1431 nəfərin şəxsiyyəti müəyyən edilib.

İndiyədək şəxsiyyəti müəyyən edilməmiş meyit və qalıqların sayı, eləcə də onların saxlandığı yerlər davam edən araşdırma zamanı açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO