Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidroqrafiyası və Okeanoqrafiya İdarəsi (NAVTEX) Qara dənizdə minaların sürüklənməsi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə “hürriyet” nəşri məlumat yayıb.
“Odessa, Oçakov, Çernomorsk və Yujnı limanlarına minaların qoyulması ilə bağlı xəbərlər daxil olub. Kabellərin qırılması nəticəsində onlar sürüşərək gəmilər üçün təhlükə yarada bilər”, - məlumatda deyilir.
İdarə həmçinin bölgədəki gəmiləri də bu problemlə bağlı ayıq-sayıq olmağa çağırıb.
Qeyd edək ki, Ukrayna ordusunun Rusiya gəmilərinin qarşısını almaq üçün bir sıra limanlarda İkinci Dünya Müharibəsindən qalma minalar yerləşdirdiyi xəbərləri yayılıb.
Rusiya “FSB”-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CSP) martın 19-da bildirib ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki limanlara yaxın sularda quraşdırdığı minalar kabellərin qırılması səbəbindən Bosfor və Aralıq dənizinə doğru sürüklənə bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:23 / 22.03.2022
Ukraynanın Qara dənizi minalaması ilə bağlı Türkiyədən XƏBƏRDARLIQ
Hazırda oxunan: Ukraynanın Qara dənizi minalaması ilə bağlı Türkiyədən XƏBƏRDARLIQ
Hazırda oxunan: Ukraynanın Qara dənizi minalaması ilə bağlı Türkiyədən XƏBƏRDARLIQ
66022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.