Hadrut istiqamətində atışma olub - Şəhid və yaralılar var

Hadrut istiqamətində atışma olub - Şəhid və yaralılar var

Hazırda oxunan: Hadrut istiqamətində atışma olub - Şəhid və yaralılar var

6588

Dekabrın 27-də Hadrut qəsəbəsi istiqamətində atışma olub. İlkin məlumata görə, Ermənistan hərbçiləri Azərbaycan əsgərlərinə hücum ediblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

Qeyd edilib ki, Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər.

Atışma nəticəsində 1982-ci il təvəllüdlü Elmir Rayil oğlu Qəmbərov həlak olub.
Başqa bir məlumata əsasən, Xocavəndin Tuğ kəndi tərəfdən də itkilər var və bir nəfər əsir götürülüb.

Ümumilkdə, Azərbaycan Ordusunun 2 hərbçisinin şəhid olduğu deyilir. Əsgərlərdən birinin həlak olması xəbəri yaxınları tərəfindən təsdiqlənib. 5 nəfər isə yaralanıb. 

Qarşı tərəfdən isə 6 nəfərin öldürüldüyü, 6-sının isə əsir götürüldüyü söylənilir. 

Xatırladaq ki, Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO