“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub.
“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik".
"Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.
Bizim.Media
- A-
- A
- A+
Region
22:47 / 27.12.2020
Rusiya Müdafiə Nazirliyindən NATO-ya xəbərdarlıq
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyindən NATO-ya xəbərdarlıq
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyindən NATO-ya xəbərdarlıq
6571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.