“Ukraynada təhsil almaq qəbahət deyil”.
Bizim.Media xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmşədli deyib.
O bu il gənclərimizin təhsil almaq üçün Ukraynaya üz tutacağına inanmır:
“Gənclərimizin Ukraynaya üz tutmalarının müxtəlif səbəbləri var. Rus sektorundan məzunlar var ki, sırf buna görə həmin ölkəyə oxumağa gedir. Lakin dil bilmədən gedənlərin az deyil. Onlar Rusiyaya da üz tuta bilərlər. Amma inanmıram ki, bu il həmin yerlərə oxumağa can atsınlar. Həmin universitetlərdə onsuz da təhsil onlayn şəkildədir. Qeydiyyatdan keçib, qəbul ola, təhsillərini onlayn şəkildə davam etdirə bilərlər”.
R. Şəmşədlinin sözlərinə görə, bu il son kursda olan azərbaycanlı tələbələrin diplomlarını ala bilməmə ehtimalı var:
“Müharibəni tələbələrimiz çıxarmayıb. Təəssüf ki, Təhsil Nazirliyinin də bununla bağlı hər hansı bir açıqlaması yoxdur. Ukraynada elə tələbimiz var ki, sonuncu kursdadır. Bu vəziyyətdə, yəqin k, diplomunu ala bilməyəcək.
Bununla yanaşı həmin gənclərlə bağlı başqa problemlər də ortaya çıxır. Oğlan tələbələr hər semestrdən sonra hərbi çağırışa görə möhlət hüqüqu almaq üçün təhsil aldığı ali məktəbdən arayış almalıdır. İndi bunu da edə bilməyəcəklər”.
Ramal Şəmşədli qeyd edib ki, Ukraynadakı tələbələrimiz özəl statusla universitetlərimizdə təhsil ala bilərlər:
“Onları normal şəkildə transfer eləməyimiz düzgün olmaz. Amma həmin tələbələri özəl statusla, xarici tələbələr kimi universitetlərə qəbul edə bilərlər. Xaici tələbələr necə daxil olub, oxuyurlarsa, onlar da elə.
Tutalım, universitetdə təhsil haqqı 1000 manatdır, xaricilər 2000 manat ödəyir, bunun kimi. Lakin universitetlərimizin də o qədər tələbə üçün müvafiq bazası yoxdur.
Ukraynadan gələnlər özəl statusla regionlarda da təhsil ala bilər. Bunun üçün normal sistem açılmalı, tələbələrə dair bütün məlumatlar yerləşdirməlidir. Nazirlik bu sistem üzrə harada boş yer varsa, tələbəni ora köçürməlidir”.
Bizim.Media
- A-
- A
- A+
Region
10:08 / 19.03.2022
Ukraynada təhsil: Azərbaycanlı tələbələrin aqibəti necə olacaq?
Hazırda oxunan: Ukraynada təhsil: Azərbaycanlı tələbələrin aqibəti necə olacaq?
Hazırda oxunan: Ukraynada təhsil: Azərbaycanlı tələbələrin aqibəti necə olacaq?
65594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.