Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı evlərini SATIŞA çıxarır – SƏBƏB nədir?

Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı evlərini SATIŞA çıxarır – SƏBƏB nədir?

Hazırda oxunan: Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı evlərini SATIŞA çıxarır – SƏBƏB nədir?

65277

Rusiya-Ukrayna müharibəsindən sonra qonşu ölkə ABŞ və Avropanın sanksiyalarına məruz qalıb. Hazırda Rusiyada iqtisadi fəallıq xeyli aşağı düşüb və durum orada yaşayan, işləyən azərbaycanlılara da təsirini göstərir. Bizneslərinin çökməsindən ehtiyatlanan soydaşlarımız Azərbaycandakı evlərini satışa çıxarmağa başlayıblar. 

Bunu Bizim.Media-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.

Onun sözlərinə görə artıq 2014-2015-ci illərdəki devalvasiya kimi Rusiyada əksər iqtisadi sahələr çökməyə başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Soydaşlarımız Rusiya sərhədində niyə yığılıb qalıb?


“O vaxtı da Rusiyada yaşayan azərbaycanlılar Bakıda və digər şəhərlərdə olan daşınmaz əmlaklarını satışa çıxarmışdılar. Hazırda həmin prosesin təkrarı yaşanır. Çünki Rusiyadakı mövcid vəziyyət və iqtisadi böhran, soydaşlarımızın bizneslərinin qorunub saxlanılmasını diktə edir. Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlının əmək qabiliyyətində olanlarının çoxu bizneslə məşğuldur. Əksəriyyəti kiçik, orta və böyük biznesi olan azərbaycanlılardır ki, onların köçüb Azərbaycana gəlməsi və buradan əmlak almaları  ehtimalı çox aşağıdır”.

Elnur Fərzəliyev əlavə edib ki, müharibədən bir neçə gündən sonra Rusiyada yaşayan soydaşlarımız Bakıdakı alqı-satqı ofisləri ilə danışıqlara giriblər və əmlaklarını qiymətləndirirlər:

“Rublun dəyərdən düşməsi, dolların qalxması və əmlakların köhnə rubl qiymətində satışda qalması soydaşlarımıza imkan verir ki, Azərbaycandakı əmlaklarını satıb Rusiyaya yönəltsinlər.

Orada əmlaklar köhnə qiymətlərdə qaldığı üçün daha sərfəlidir. Ukraynada olan iş adamlarımız isə çox ehtimal ki, müharibə bitənə kimi Azərbaycanda müvəqqəti yaşayıb gözləmə mövqeyində olacaqlar”.

Qeyd edək ki, Azərbaycanda alınan daşınmaz əmlakın təxminən, 5-7 %-i Rusiyada yaşayan azərbaycanlıların payına düşür.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO